Rusiya bizim yeganə müttəfiqimizdir: Ukrayna isə düşmənimiz Azərbaycanın yanındadır
Rusiya bizim yeganə müttəfiqimizdir: Ukrayna isə düşmənimiz Azərbaycanın yanındadır
04.05.2022 Elbəyi Həsənli Tərəfindən

İsveçrənin "nzz.ch" qəzetinin müxbiri İrəvanda olub. Ermənistan paytaxtına səfəri ilə bağlı hazırladığı məqalədə belə bir epizod var:

"...Deyirlər ki, taksi sürücüləri xalqın səsidir. Ötən gün bir nəfər mənə Ukrayna müharibəsi nəticəsində yanacağın bahalaşmasından nə qədər əziyyət çəkdiyini söylədi. “Bununla belə, mən Putini dəstəkləyirəm”, - deyə taksi sürücüsü davam edib. “Mən erməniyəm. Rusiya bizim yeganə müttəfiqimizdir. Qərb Ermənistana çoxdan tüpürüb. Ukrayna isə düşmənimiz Azərbaycanın yanındadır”...Məqalədə deyilir ki, keçmiş Sovet ölkələri Rusiya-Ukrayna müharibəsindən dolayı ortaya mövqe qoymaq zorundadır.

Bu baxımdan Ermənistanın durumu daha ağırdır...Baxın, hətta İrəvandakı taksi sürcüsü də bilir ki, Azərbaycan Ukraynanın yanındadır. Ukraynaya dəstək verir. Azərbaycanın çığal müxalifətində hələ də elələri var ki, rəsmi Bakını Putin Rusiyasına dəstək verməkdə ittiham edir. Yəni siz İrəvandakı taksi sürücüsü qədər də siyasəti bilmirsiz? Bu ağılın yiyələri axı niyə özlərini siyasətə dürtməlidir?..

Elbəyi Həsənli

Visiontv.az