Rusiya-Azərbaycan sərhədində nələr yaşanır?
07.07.2020

Dünyada baş verən epidemioloji durum, aviauçuşların ləğv edilməsi, sərhədlərin bağlanması Rusiyada yaşayan azərbaycanlıların vətənə dönməsində çətinliklər yaratdı. Rusiya tərəfi 2020-ci il martın 27-dən sərhədləri bağladı. COVİD-19-un yeni-yeni yayılmağa başladığı mart ayının 18, 19, və 20-də Moskvadan Bakıya təşkil olunan çarter reyslərReportdemək olar, boş yola salındı.

Kimi inanmırdı, kimi sərhədlərin müvəqqəti (5-10 günlük) bağlandığını deyirdi, kimi isə virusun törədəcəyi böhranı anlamaq istəmirdi.

Beləliklə, aviareyslər təxirə salındı, sərhədlər bağlandı. Günü-gündən Azərbaycana dönmək istəyənlərin sayında isə artım müşahidə olunmağa başladı. Çıxış yolu kimi insanlar yalnız quru yolu ilə Dərbəndə, yəni Rusiya-Azərbaycan sərhədinə üz tutdular. Beləliklə, axın başladı.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Azərbaycanlılarına müraciət edərək dedi ki, sərhəd-keçid məntəqəsinə gəlməyin, sərhədlər bağlıdır: “Azərbaycan Respublikası tərəfindən yaradılmış “MƏNVƏTƏNƏQAYIDIRAM” portalından istifadə edin ki, rahat şəkildə vətənə dönə biləsiniz”. Bunu eşidənlər də, eşitməyənlər də oldu.

Report