Rusiya ABŞ-la məsləhətləşmələrin yeni raunduna hazırlaşır
30.01.2023

Rusiya ABŞ-la ikitərəfli münasibətlər üzrə məsləhətləşmələrin yeni raunduna hazırlaşır.

Visiontv.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya bunu faydalı hesab edir.

Rusiyalı diplomat ABŞ-la məsləhətləşmələrin tarixinin hələlik məlum olmadığını söyləyib.

Raybkov Rusiya və ABŞ-ın məhbusların mübadiləsi ilə bağlı danışıqları davam etdirəcəyini, lakin belə həssas məsələnin təmkini sevdiyini qeyd edib.

O əlavə edib ki, Birləşmiş Ştatlarla məhbus mübadiləsinin “hamının hamıya” formulunun mövcudluğu çətin ki, olsun.

APA