Rus sülhməramlıları erməniləri bu cür təbrik etdi - VİDEO
08.03.2021

Laçın dəhlizində xidmət aparan rus sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Visiontv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayııb.

Bildirilib ki, sülhməramlılar buraxılış məntəqəsində avtomobilləri saxlayaraq, qadınlara gül təqdim edib.