Van İ Münxendən öncə Londonda təmaslar qurdu. Dostlar haqqlı olaraq sual verə bilərlər ki, Çin nə istəyir...?
Çin Putin və Tramp tandemini qırmaq və Avropanın ciddi gücə, subyektə və ABŞ-dən kənar müstəqil oyunçuya çevrilməsini istəyir. Çinin sülh planı nə Moskva, nə də ki Vaşinqtonda qəbul görmədi....
Bu həftə Səudiyyə Ərəbistanındakı Tramp və Putin təmsilçilərinin görüşü önəmlidir. Çin Avropa Birliyi ilə birlikdə Putin -Tramp masasını dağıtmağa çalışacaq. 2 gün öncə yazdığım kimi, Pekin Rusiyanın anti-Çin proyektində olacağından ehtiyat edir...
P.S. Rus elitası, oliqarxları Pekində lapşa yemək yox, Parisdə, Vaşinqtonda, Londonda kef etmək istəyirlər. Sanksiyalardan öncə olduğu kimi.
Pərviz Əliyev
visiontv.az