Rusiyayönlü siyasətçi Kalin Georgeskunun həftəsonu keçirilən prezident seçkilərinin birinci turunda gözlənilməz qələbəsindən sonra etirazlar noyabrın 26-da Buxarestdən kənarda Rumıniyanın digər şəhərlərinə də yayılıb.
Noyabrın 26-dan Buxarest, Timişoara, Yasi, Brasov və Sibiuda Georgeskuya qarşı etirazlar keçirilir.
Aİ və NATO üzvü olan ölkədə noyabrın 24-də keçirilən səsvermənin birinci turunda səslərin 22,94 faizini qazanan Georgesku dekabrın 8-də qərbyönlü mərkəz-sağçı namizəd Elena Laskoni ilə ikinci turda qarşılaşacaq.
Rumıniya paytaxtının Universitet meydanında Georgeskuya qarşı keçirilən etirazların ikinci gecəsində Buxarestdə 1000-ə yaxın insan iştirak edib.
Küçələrə çıxanların əksəriyyəti Georgeskunun radikal mövqeyindən və ölkələrinin gələcəyindən narahat olduqlarını bildirən gənclər idi.
Timişoarada gənclər “Bu gün Timişoarada, sabah bütün ölkə boyu” şüarları səsləndirib, 1989-cu ilin dekabrında Timişoarada başlanan inqilaba istinad edilib.
Etirazçılar həmçinin Georgeskunun Rumıniyadakı legioner və ya dini faşist Dəmir Qvardiya hərəkatına və onun liderlərinə simpatiya nümayiş etdirdiyi televiziya çıxışlarında işlətdiyi ifadələrə istinad edərək “Rədd olsun legionerlər” yazılan plakatlar nümayiş etdiriblər.
Oxşar etiraz aksiyalar Yasi və Brasov şəhərlərində də keçirilib, burada onlarla gənc iştirak edib.
visiontv.az