Ruhani: “İranda koronavirus gələn ilə qədər davam edə bilər”
02.04.2020

İran Prezidenti Həsən Ruhani koronavirus infeksiya ilə əlaqədar tətbiq edilən qadağalara əməl edən ölkə vətəndaşlarına təşəkkür edib.

Visiontv.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, koronavirusla bağlı komissiyasının iclasında çıxış edən İran Prezidenti xəstəliyin nə zaman aradan qalxacağının bilinmədiyini vurğulayıb.

“İranda koronavirus qarşıdakı aylara, bəlkə də 20 mart 2021-ci ilə qədər davam edə bilər. Buna görə də Səhiyyə Nazirliyinin açıqladığı qaydalara əməl etməyə davam etməliyik”, - deyə H. Ruhani vurğulayıb.