Ruhani: İran müharibəni birinci başlatmayacaq
13.06.2019

İran müharibəni birinci başlatmayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək.

Bunu İran prezidenti Həsən Ruhani Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşün yekunları üzrə deyib.

H.Ruhani bildirib: "İran regionun və dünyanın təhlükəsizliyi üçün əhəmiyyətli olan razılaşmaya sadiqliyini qoruyacaq (red. - Tehranın nüvə proqramı üzrə). Həm Tehran, həm də Tokio nüvə silahına qarşıdırlar".

İran prezidenti qeyd edib ki, ABŞ onun ölkəsinə qarşı iqtisadi müharibəni dayandırsa, Yaxın Şərq regionunda müsbət dəyişikliklər mümkündür: "Əgər biz bu gün regionda gərginlik görürüksə, bunun əsas səbəbi ABŞ-ın İran millətinə qarşı həyata keçirdiyi iqtisadi müharibədir. Bu müharibə bitəndən sonra, biz regionda və dünyada müsbət hadisələrin şahidi olacayıq".

H.Ruhani həmçinin bildirib ki, Yaponiya İran neftini almağa davam etmək istəyir.

Qeyd edək ki, Yaponiya ABŞ-ın Tehrana qarşı sanksiyalarını bərpa etməsində sonra bu ölkədən neft alışını dayandırmışdı.