RSK-nın təminat maşınları Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən növbəti dəfə maneəsiz keçib
27.12.2022

Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Visiontv.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 təminat və təchizat maşını Xankəndindən Laçın istiqamətinə keçib.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

APA