Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.
Visiontv.az-ın xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.
Qərara əsasən, həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.