Ronaldu axtardığı qadını tapdı - Görüşmək istəyir
20.09.2019

"Yuventus"un ulduz futbolçusu Kriştianu Ronaldu İTV-nin aparıcısı Pirs Morqana müsahibə verib.

Müsahibə zamanı bir neçə mövzuya toxunan futbolçu, həmçinin ona yeniyetməykən pulsuz hamburqer verən qadın barəsində də danışıb.

Ronaldu "Sporting Lisbon" klubunda oynayarkən stadionun yaxınlığındakı "Mc Donalds"da işləyən 3 qadının ona və futbolçu yoldaşlarına uzun müddət pulsuz hamburqer verdiyini etiraf edib. O bildirib ki, qadının adını Edna olaraq xatırlayır və həmin 3 qızı tapıb onlara qonaqlıq vermək istəyir.

Futbolçunun müsahibəsindən sonra Paula Leca adlı qadın mətbuata müraciət edərək Ronaldu ilə şam yeməyi yemək istədiyini söyləyib. O bildirib ki, həmin 3 qadından biridir.

"Mən hələ də yadıma düşəndə gülürəm. Oğlum inana bilmir ki, Ronalduya bir zamanlar imkanı çatmadığına görə pulsuz hamburqer vermişəm", - Paula Leca söyləyib.