Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb
26.09.2020

2020-2021-ci tədris ilində rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Visiontv.az-ın Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, ümumi ixtisas seçimi etmiş namizədlərin sayı 456 olub. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsindən olan namizədlərdir. 

Qeyd edək ki, müsabiqəyə yalnız “Namizədin electron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.