Rezidenturaya qəbul imtahanları başlayır
01.04.2019

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə! Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi aprelin 7-də keçiriləcəkdir.

İmtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.