Rəsmləşən tariximiz...
Rəsmləşən tariximiz...
04.02.2023 Bəybala Mirzəyev Tərəfindən

Gənc rəssam Çingiz Mehbaliyevin “Şollar su kəmərinin çəkilişi” əsəri. Bu rəsm tarixçilər üçün də əhəmiyyətlidir.

Çünki Azərbaycan xalqı üçün həyati əhəmiyyət daşıyan Şollar su kəmərinin çəkilməsindən 100 ildən artıq bir vaxt keçməsinə baxmayaraq Azərbaycan rəssamlığında kəmərin çəkilməsini icra etmiş məşhur ingilis inşaat mühəndisi Uilyam Hirleyn Lindleyin heç bir portreti yoxdur. Onun Hacı Zeynalabdin Tağıyevlə birgə fəaliyyəti və bu layihənin necə böyük əziyyətlə ərsəyə gəlməsi indiyə kimi rəsmə köçürülməyib. 

Odur ki, batalist-rəssam Çingiz Mehbaliyevin Şollar su kəmərinin çəkilişinə həsr olunmuş bu əsəri bu mövzuya aid ilk rəsm əsəridir.

Bəybala Mirzəyev

Visiontv.az