Rəşid Behbudovun daha bir mahnısını “oğurladılar”
02.06.2020

Rəşidə Rəşid ictimaiyyətə və dövlət qurumlarına səsləndi.

Xəbər verdiyimiz kimi Alban müğənnisi Rəşid Behbudovun repertuarından Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi məşhur "Sənə də qalmaz" mahnısını paylaşmış və qeyd etmişdi ki, guya bu mahnının müəllifi Edison Miso adlı alban bəstəkarıdır. Bu barədə sosil şəbəkədə Rəşid Behbudovun qızı Rəşidə Rəşid məlumat vermişdi. O qeyd etmişdi ki, ermənilərlə yanaşı digər millətin nümayəndələridə ya bilərəkdən ya da bilmədən bizim musiqimizə hücumlar edir, öz adlarına çıxırlar. Rəşidə xanım bildirmişdi ki, biz bu hallarla birgə mübarizə aparmalıyıq. Bu gün isə bəlli olub ki, Dahi Rəşid Behbudovun repertuarından daha bir musiqini "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını fars mənşəli Fereydoun Asraei adlı müğənni fars mahnısı kimi təqdim edib. Bu barədə haqq səsini yenə Rəşid Behbudovun qızı Rəşidə xanım qaldırıb.

Rəşidə xanım Visiontv.az saytına verdiyi açıqlamada bildirib ki, Azərbaycan musiqisinə kütləvi hücumlar ardıcıl olaraq davam edir: “Növbəti oğurluq qonşu İrandan gəldi. Fereydoun Asraei adlı müğənni "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını fars dilində ifa edərək "Dooset daram" adı ilə əsəri fars mahnısı kimi təqdim edib. Eyni zamanda kurd dilində subtitrlərlə bu mahnını YouTube kanalında yerləşdirib. Maraqlıdır ki, İran mənşəli bir çox kanallar bu mahnını fars mahnısı kimi sosial şəbəkələrdə geniş şəkildə paylaşaraq özününküləşdiriblər. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçəkərə su səpmişəm" mahnısını müdafiəyə etmək hər birimizin borcudur! Sizi bu haqqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq!”