“Rəngli perimetr” adlı rəsm sərgisi keçirilib
01.07.2022

Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Könüllülər İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələr Gününə həsr olunan hərbi vətənpərvərlik mövzusunda 5 – 15 yaş kateqoriyası arasında “Rəngli perimetr” adlı rəsm sərgisinin açılışı və qaliblərinin mükafatlandırma mərasimi kecirilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, eləcə də hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, Xalq Rəssamı Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, Azərbaycan Könüllülər İctimai Birliyinin mədəniyyət və incəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli çıxış ediblər.

Çıxış zamanı onlar müsabiqənin qaliblərinin çəkdikləri rəsmlər arasında çox gözəl işlərin olduğunu vurğulayaraq, heç bir iştirakçının diqqətdən kənar qalmadığını, mükafata layiq görüldüklərini, həmçinin uşaq rəsm müsabiqəsinin gənc istedadların üzə çıxarılması və onlara dəstək göstərilməsini, eləcə də bunun gənclərin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynadığını bildiriblər.

Təbdirin sonunda general-mayor Bəkir Orucov Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadənin keçirilən sərginin təşkilində fəal iştirakına görə Azərbaycan Respublikası Müdafiə naziri, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov cənab Zakir Həsənovun imzaladığı diplomla təltif edib.

29 iyun 2022-ci il tarixlərində Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Könüllülər İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələr Gününə həsr olunan hərbi vətənpərvərlik mövzusunda 5 – 15 yaş kateqoriyası arasında “Rəngli perimetr” adlı rəsm sərgisinin açılışı və qaliblərinin mükafatlandırma mərasimi kecirilmişdir.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, eləcə də hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, Xalq Rəssamı Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, Azərbaycan Könüllülər İctimai Birliyinin mədəniyyət və incəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli çıxış ediblər.

Çıxış zamanı onlar müsabiqənin qaliblərinin çəkdikləri rəsmlər arasında çox gözəl işlərin olduğunu vurğulayaraq, heç bir iştirakçının diqqətdən kənar qalmadığını, mükafata layiq görüldüklərini, həmçinin uşaq rəsm müsabiqəsinin gənc istedadların üzə çıxarılması və onlara dəstək göstərilməsini, eləcə də bunun gənclərin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynadığını bildiriblər.

Təbdirin sonunda general-mayor Bəkir Orucov Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadənin keçirilən sərginin təşkilində fəal iştirakına görə Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı diplomla təltif edilib.

Visiontv.az