Rəhim Rəhimli artıq Muz TV-nin rəhbəri deyil
20.04.2020

Müğənni Rəhim Rəhimli artıq Muz TV-nin rəhbəri deyil.

Visiontv.az xəbər verir ki, musiqiçi bu barədə ilk dəfə Xəzər TV-nin "5-də 5" verilişində açıqlama verib:

"Mahnı bəstələməyə vaxt olmurdu, yaradıcılıqla məşğul ola bilmirdim. Rəhbər olduğum 2 ildə ancaq 3 dəfə efirə çıxa bildim. Mən yaradıcı insanam, kreslo, dörd divar, inzibati məsələlər məni sıxırdı. 

Artıq şirkətin rəhbəri olmasam da, tam ayrılmamışam. Ayrılmışam, amma gedib-gəlirəm. Məni oraya bağlayan bir şeylər var. Dünən də orada idim".

Xatırladaq ki, bu ilin yanvar ayında Rəhim Rəhimlinin Muz TV-nin rəhbərliyindən istefa verdiyi barədə xəbərlər yayılmışdı. Lakin sonradan kanal yayılan xəbərləri təkzib etmişdi.

Belə olan halda sual yaranır: Hazırda Muz TV-yə kim rəhbərlik edir?