Quş qripi ocaqları aşkar edilib
16.09.2021

Rusiyanın Çelyabinsk şəhərində yüksəkpatogenli quş qripi ocaqları aşkar edilib. Visiontv.az xəbər verir ki,  yoluxma faktları bir özəl təsərrüfatda və iri təşkilatda müəyyən olunub.

Qeyd olunur ki, yoluxma baş verən sahələrdə 11 minədək ev quşu saxlanılır. Onların məhv ediləcəyi istisna olunmur.

Hələlik bölgədə insanların yoluxub-yoluxmaması barədə məlumat verilməyib.