22.011.2019
Axtar
Sağlıq-səhiyyə
alt

Qurudulmuş meyvənin insan orqanizminə- İNANILMAZ FAYDALARI

Meyvə qurusunun tərkibində kalium və maqnium var.

VisionTV.az-ın məlumatına əsasən, bu maddələr orqanizmdəki əlavə mayeni ifraz edir, ürək-damar sistemini möhkəmləndirir, kalsiumun hopmasına kömək edir.
Qurudulmuş meyvənin tərkibində vitamin və faydalı maddələr təzə meyvənin tərkibinə nisbətən daha çoxdur. Amma meyvə qurusunu da həddən artıq qəbul etmək olmaz.
Ekspertlərin fikrinə əsasən, ən faydalı meyvə quruları qara gavalı və qara üzümdür. Çünki onların tərkibi antioksidantlarla, antosianla, polifenolla zəngindir. Qocalmanın qarşısını alır, ürək-damar sistemini sağlamlaşdırır, gözə müsbət təsir edir. Amma nəzərə almaq lazımdır ki, kişmişin tərkibində olan şəkərin miqdarı digər quru meyvlərə nisbətən daha çoxdur.
Dietoloq əlavə edib ki, qurudulmuş qara gavalı bağırsaqar yumşaldır. Almanın tərkibi kaliumla, əncir isə orqanizmdəki mədəaltı vəzin fəaliyyətinə müsbət təsir edir. Eyni zamanda manqo da dəri və göz üçün faydalıdır.

Şərh