22 iyul - Milli Mətbuat Günündə Quba şəhərində “Media şəhidləri” parkının açılışı olub. Quba şəhərinin Yusif Qasımov küçəsində yerləşən parkda Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilib.