Qorxunc görüntü: Tornado şəhəri darmadağın etdi+REAL VİDEO
04.07.2019

VisionTV.az  Oxu24.com-a istinadən xəbər verir ki, Çində Tornadonun baş vermə anı kameralara düşüb. Qorxunc görüntülərdə Tornadonun şəhəri necə dağıtması, burulğanın binaların üzərini alması əks olunub.

Məlumat üçün qeyd edək ki, Tornado − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər.