Qondarma "DQR"in "müdafiə naziri" yaralanıb, yerinə başqası təyin olunub
27.10.2020

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın "müdafiə naziri" Cəlal Arutunyan yaralanıb.

Visiontv.az-ın “Sputnik Armeniya”ya istinadən xəbərinə görə, bu barədə seperatçı rejimin rəhbəri Araik Arutunyan məlumat verib. 

Onun əmri ilə Cəlal Arutunyan "vəzifə"sindən azad olunub, onun yerinə Mikael Arzumanyan təyin olunub.