Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanında ən azı 20 milyarder var
23.09.2020

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanında ən azı 20 milyarder var.

Visiontv.az-ın "Bloomberg Billionaires Index"ə istinadən verdiyi xəbərə görə, Rusiyanın 10 ən varlı adamının birgə varidatı 180 milyard dollardır.

Dünyanın ən varlı adamı isə amerikalı Jeff Bezosdur. Onun 113 milyard dolları var. İkinci yerdə gələn Bill Gates isə 98 milyard dollara sahibdir.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanında ən azı 20 milyarder var. Onların arasında bir neçə rayonun icra başçısı da yer alır. Bəs, onların birgə varidatı nə qədərdir? Bəzi təxminlərə görə söhbət 130-150 milyard dollardan gedə bilər.

Ümid edək ki, Ermənistanla müharibə başlayacağı təqdirdə o pulların bir hissəsi birbaşa və ya dolayısı ilə xalqa qaytarılacaq. İnsaf dinin yarısıdır, deyiblər. Bir də, Azərbaycan olmayandan sonra siz o milyardları haradan qazanacaqsız ki?