Qəsdən adam öldürmə cinayətləri 30% azalıb - Hərbi prokuror
21.01.2021

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30% azalıb.

Visiontv.az-ın məlumatına görə, bu barədə Respublika Hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, ötən illə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %, xuliqanlıq cinayətləri 83,3 %, mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.