Qərbi Azərbaycanda şagird məktəb direktorunu döyərək xəstəxanalıq etdi
06.02.2025

Qərbi Azərbaycan əyalətinin Ümumi Təhsil İdarəsi Səlmas şəhərində məktəb direktorunun şagird tərəfindən döyülməsi ilə bağlı açıqlama yayıb.

Məlumata görə, Səlmas şəhərində məktəb direktoru şagird tərəfindən döyüldükdən sonra dərhal xəstəxanaya aparılıb. Bildirilib ki, hazırda direktorun müalicəsi davam edir.

Qeyd olunub ki, direktoru döyərək xəsarət yetirən məktəbli isə cinayət məsuliyyətinə cəlb edilib və hadisə ilə bağlı araşdırılma aparılır.

visiontv.az