Qərb ölkələri təkid edir ki, beynəlxalq təşkilatlar Qarabağda olmalıdır
Qərb ölkələri təkid edir ki, beynəlxalq təşkilatlar Qarabağda olmalıdır
27.09.2023 Elbəyi Həsənli Tərəfindən

Prosesi müşahidə etməlidir. Britaniya televiziyasında bizim səfərimizə bununla bağlı sual da verdilər. Sözlərinin canı bu oldu ki, Azərbaycan qeyri-qanuni bir iş görmürsə, imkan verin, beynəlxalq təşkilatlar əraziyə daxil olsun, prosesi izləsin, jurnalistlər ərazidə öz işini görsün.

İlk baxışda məntiqli görünür. Ancaq bu işin bir əmması var. O da ondan ibarətdir ki, beynəlxalq təşkilatlar neytral deyil. Hamısı Qərbə bağlıdır. Müvafiq olaraq da Qərb əslində neytral olmalı həmin təşkilatlardan öz maraqları naminə istifadə edir...

Hər il dünyada 9 milyon insan acından ölür. Bu, rəsmi statistikadır. Nə Qərb dövlətləri, nə də ona məxsus olan beynəlxalq təşkilatlar hər il ölən 9 milyonun insanın xilası üçün konkret işlər görmür. Ancaq Qarabağa can atırlar. Niyə? Çünki Qarabağda iqtisadi, siyasi, hərbi maraqları var...

Bax, problemin kökü bundadır. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsinin erməni bürosunun istər Ermənistanda, istərsə də Qarabağda fəaliyyət göstərən nümayəndələri hələ I Qarabağ müharibəsində separatçılara dəstək verib. II Qarabağ Müharibəsində də eyni mövqedən çıxış edib. Məntiqlə Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri yalnız və yalnız Azərbaycan nümayəndəliyinin üzərindən fəaliyyət göstərə bilərdi. Ancaq, yox, Azərbaycanın kəskin etirazlarına baxmayaraq onlar Ermənistan üzərindən bu işi görürdülər...

Ermənilər Azərbaycana əsir düşən kimi Qırmızı Xaç həmən hərəkətə keçir. Azərbaycanlılar Ermənistana əsir düşəndə isə canları çıxa-çıxa, yəni başdansovdu şəkildə nəsə edirlər. Mən hələ Qırmızı Xaçın Ermənistandan Azərbaycana keçirdiyi qanunsuz şeylərdən danışmıram...

Bu kimi yaramazlıqlar beynəlxalq təşkilatların neytrallığını ciddi şəkildə şübhə altına alır. Ona görə də Azərbaycan tərəfi onlardan mümkün qədər uzaq olmağa çalışır. Düz də edir...

Eləbyi Həsənli

visiontv.az