Qərar bizə çatan kimi Tofiq Yaqublunu qidalandıracağıq-Adil Qeybulla
18.09.2020

“Hazırda Tofiq Yaqubluya sistemlər qoşulur, vəziyyəti kafidir. Ev dustaqlığına buraxılması ilə bağlı sənədlər gələndən sonra Tofiq bəyi qidalandıracağıq”.

Visiontv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında həkim Adil Qeybulla bildirib.

A. Qeybulla qeyd edib ki, onun xəstəxanadan evə buraxılması məsələsi ailə üzvləri ilə müzakirə ediləcək.