"Qənini də Süleymaninin aqibəti gözləyir" - ABŞ İranı təhdid etdi
23.01.2020

Çərşənbə günü, ABŞ-ın İrandakı xüsusi nümayəndəsi Brayan Huk İslam İnqilabı Keşikçilər Korpusunun yeni komandiri İsmayıl Qəninin Qasım Süleymaninin aqibətini gözlədiyini deyib.

Visiontv.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "İsmayıl Qəni, eyni yolu tutacağı təqdirdə öldürülən sələfi Qasım Süleymaninin aqibətilə üzləşəcək", deyə o xəbərdarlıq edib.

Onun sözlərinə görə, bir neçə həftə öncə Bağdadda ABŞ hava hücumu nəticəsində öldürülən İran İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin ölümü "İran rejiminin doldura bilməyəcəyi bir boşluq yaradıb".