Qənimət bəy Zahid heç olmasa yaz ki, yıxılıb əzilirlər-Şöhrət El-Dəniz
Qənimət bəy Zahid heç olmasa yaz ki, yıxılıb əzilirlər-Şöhrət El-Dəniz
06.08.2020 Şöhrət El-Dəniz Tərəfindən

Dünən gecə saatlarında Ramil Nəcəf belə bir status yazdı: “Ay camaat, bu nə dəhşətli xəbərdir?

İndicə Qənimət Zahid bəy canlı yayımda məlumat verdi ki, Azərbaycanın korrupsioner məmurları 1953-cu ildə tikilmiş Mingəçevir Su Anbarının möhkəm, dayanıqlı istinad divarlarını söküb yenisini tikiblər. Milyonlarla dollar pul xərclənib. Yeni istinad divarlarının keyfiyyəti və möhkəmliyi isə problemlidir”.

Sözün düzü belə bir tupoy və savadsız məlumatın Qənimət Zahid tərəfindən deyildiyini və Ramil bəy tərəfindən yayıldığına təəccübləndim. Hətta Ramil bəyin statusuna şərh yazdım ki, bu dərəcədə də yalan olar? Sizi intellektli yazar tanıyıram, belə bir xəbərə necə inana bilərsiniz? Hələ onu da yazdım ki, dayanıqlı istinad divarlarını sökmək üçün gərək 605 milyon kvadrat metr sahəsi olan Mingəçevir Su Anbarını qurutsunlar. Heç bilirsiniz istinad divarını söküb yenisini tikmək nə deməkdir? Elə şey olar?

Yenə desəydi ki, keyfiyyətsiz təmir ediblər, dövlətin ayırdığı milyonları yediklərinə görə necə gəldi bərkitmə işləri aparıblar dərd yarı. İnanmaq olardı. Yox ey dirəşib ki, bəndin istinad divarlarını söküb yenisini tikiblər. Təəssüf ki, Ramil bəy mənim bu fikirlərimə, suallarıma cavab vermək əvəzinə şərhlərimi pozdu.

Öz işidir. Kimin dediyini tirajlamaq da onun öz işidir. Mənə maraqlı gələn uzun illər jurnalist, “Azadlıq” qəzeti kimi nəhəngə rəhbərlik edən Qənimət Zahidin naşı, savadsız, bağışlayın tupoy xəbər hazırlamaq üslubudur. Heç Allahın AzTV-si bu cür hap-gop xəbərlər hazırlamır.

Qənimət bəy mən bildiyimə görə neçə illərdir Avropada yaşayır. Bu illər ərzində doğurdanmı televiziyada normal xəbər necə hazırlanır, onu öyrənə bilməyib. Bir peşəkar televiziya işcisi kimi deyə bilərəm ki, televiziyalarda hazırlanan xəbərlərin, verilişlərin 60 faizi yalan-palan üzərində qurulur. Həqiqət olan, tək baş verən hadisədir. Hadisənin bər-bəzəyi isə dediyim kimi 60 faizi yalandır. Amma hadisə düz olduğundan xəbərə geyindirilən yalan çox vaxt həqiqət kimi qəbul olunur. Qənimət bəy müxalifətin guya ideoloji fiqurlarından biridir. Hazırladığı xəbərlər, müsahibələr, verilişlər təbii ki, iqtidara qarşıdır. Və iqtidara qarşı hazırladığı xəbərlərin hap-gop əmsalı hardasa 60-70 faiz təşkil etməlidir. Yerdə qalan faiz göstəricisi isə həqiqi baş verən hadisə olmalıdır ki, 60-70 faizlik gopu insanlara həzm etdirə bilsin. Amma Qənimət bəy və onun təbliğatçıları baş verən hadisənin heç 1 faizini düzgün demirlər. Məsələn Mingəçevir Su Anbarının suyu qurudulsaydı bəli, Qənimət bəy bəndin divarları sökülməsəydi belə yalandan hay-həşir sala bilərdi ki, söküb keyfiyyətsiz tikiblər. Uçacaq, kəndləri sel-su basacaq və sair. Amma hamınında bildiyi kimi hal-hazırda Mingəçevir Su Anbarında su qurumayıb. Və görünən odur ki, qurumaq fikri yoxdur. Onda necə deyə bilərsən ki, bəndin istinad divarlarını söküb, keyfiyyətsiz tikiblər. Hələ üstəlik irəli sürdüyün fantastik fikri buradakı tərəfdarların hay-küylə tirajlayır.

Camaat gülür ey. İnanmır. Həm özünü, həm də buradakıları tupoy vəziyyətə salırsan.

P.S. Ermənilər Avropaya mühacirətə gedib savadlanır, dövlət qurumlarında, siyasi partiyalarda yer alır, apardığı mübarizəni intelekt səviyyəsində edir. Bizimkilər gedib ya söyüş öyrənir, ya da fantastik yalanlarla camaatı guya ələ alıb iqtidara qarşı qaldırmaq istəyirlər. Debilizm.
Ola bilsin bu yazıdan sonra şüvən salsınlar ki, iqtidar öyrədib salıb üstümüzə, nə bilim nə. Amma mən konkret faktlarla danışdım. Bir balaca ağılları olsa mən verdiyim məsləhətə əməl edərlər. Özlərini qaraçılar kimi aparmazlar.

Visiontv.az