Qəbələdə yanğın nəzarət altına alınıb, soyutma işləri davam etdirilir
Videonu Aç
16.08.2022

Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermis yanğınlar ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Visiontv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi ilə bağlı müraciətində deyilir. Qeyd olunub ki, hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir.

Qəbələdə yanğın nəzarət altına alınıb, soyutma işləri davam etdirilir - VİDEO