Qaxda polis əhaliyə tibbi maska paylayıb
08.05.2020

Qax şəhəri ərazisində gediş-gəlişin çox olduğu, o cümlədən şəhərin mərkəzində və bankların ətrafında vətəndaşlarla tövsiyyə xarakterli söhbətlər aparılıb.

Visiontv.az xəbər verir ki, vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusilə iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, 10 nəfərdən artıq toplaşmağın qadağan olduğunu, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur. Bir-neçə saat davam edən tədbir zamanı vətəndaşların əksəriyyətinin tibbi maskalardan istifadə etmədiyi müşahidə olunub. polis belə insanları məsuliyyətli olmağa çağırıb.


Qeyd edək ki, may ayının 4-dən etibarən Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran şəhərləri istisna olmaqla ölkənin bütün şəhər və rayonlarında karantin rejimi yumşaldılıb. Ancaq vətəndaşlar iaşə müəssisələrində, ictimai nəqliyyatda mütləq tibbi maskalardan istifadə etməlidir…