Qax rayonunda dezinfeksiya işləri davam etdirilir
22.06.2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonumuzda koronavirus pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir.

Visiontv.az xəbər verir ki, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin intensiv hərəkət etdiyi prospekt və küçələrdə, parklarda, ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətləri və bloklarında, bankomatların yerləşdiyi ərazilərdə təmizlik - dezinfeksiya işləri həyata keçirilir.

Eyni zamanda, Rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri, rayon Polis Şöbəsinin əməkdaşları, o cümlədən müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, könüllülərdən ibarət maarifləndirmə qrupları tərəfindən ictimai iaşə obyektlərinə Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl olunub olunmaması məqsədilə monitorinq keçirilmişdir.

Vətəndaşlara bir daha karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılmış, özlərinin, yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılmışdır. Həmçinin maarifləndirici qruplar tərəfindən sakinlərə tibbi maskalar paylanılmışdır.