Qax məktəblisi bürünc medala layiq görülüb
18.06.2020

Qax rayonu 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Riad Babazadə Respublika Fənn Olimpiadalarının final turunda coğrafiya fənni üzrə bürünc medala layiq görülüb.

Visiontv.az xəbər verir ki, Qax rayon İcra Hakimiyyəti bu nailiyyətə görə rayon 2 nömrəli məktəb-liseyin direktoru Ş.Abdullayeva başda olmaqla məktəbin kollektivini, Babazadə Riadı və ailə üzvlərini təbrik edir, təhsildə ona yeni-yeni müvəffəqiyyətlər qazanmasını arzulayır.