31.05.2020
Axtar
Region
alt

Qax fermerləri qarşıya qoyulan proqnozları yerinə yetirib

Rayonda indiyədək 1600 hektar sahəyə qarğıdalı səpilmişdir.

Visiontv.az xəbər verir ki, bu il rayonun təsərrüfatlarında 1750 hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulmuşdur. Hazırda təsərrüfatlarda qarğıdalı səpini yekunlaşmaq üzrədir. Fermerlər bu günədək 1600 hektar sahəyə qarğıdalı səpiblər. Təsərrüfat sahibləri səpin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verilmişdir.

İndiyədək rayonun Tasmalı kəndində 250 hektar, Ləkit kəndində 230 hektar, Qorağan kəndində 200 hektar, Qax Aqroparkının ərazisində isə 180 hektar sahəyə qarğıdalı toxumu səpilmişdir.

Fermerlər ötənilki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə etmişlər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artmışdır. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülmüşdür.

Təsərrüfatlarda tütün əkini də mütəşəkkil davam etdirilir. Cari ildə rayonda 500 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Fermerlər bu günədək 354 hektar sahəyə tütün şitilləri köçürülmüşdür.

Şərh