Qaregin Allah adamı deyil, qatildir, şeytandır - Bəybala Mirzəyev
28.10.2020

Belə də dini rəhbər olar?!

Ermənistanın dini rəhbəri bütün erməniləri müharibəyə çağırdı...

Düşmən ölkənin dini rəhbəri öz xalqını rəsmən ölümə göndərir. Belə ki, bütün ermənilərin Katolikosu II Qaregin, erməni xalqına müraciət edərək insanları müharibəyə qoşulmağa səsləyib.

Bununla bağlı 2-ci Qaregin öz Feysbuk hesabında videomüraciət yayımlayıb.

Ermənistanda insanların müharibəyə qoşulmaqdan imtina etməsini və Ermənistan ordusunun Qarabağda böyük itkilər verməsini görən katolikos II Qaregin bərk narahat olub və ruhaniliyini unudaraq videomüraciət yayıb, erməni gənclərini ölümə getməyə səsləyib və bunun guya həlledici an olduğunu bildirib.

Hər kəsə məlumdur ki, din xadimlərinin bu dünyada ən başlıca missiyası, vəzifəsi insan həyatını qorumaq və hər kəsi ədalətə səsləməkdir. Ancaq II Qareqin isə həm öz erməni gənclərini göz görə-görə ölümə göndərir, həm də Azərbaycan əsgərlərinin ölümünə səbəb olur.

Deməli, Qaregin Allah adamı deyil, qatildir, şeytandır!

O, utanmadan qırmızı-qırmızı deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Və üstəgəl, onu da bildirir ki, Qarabağ heç zaman Azərbaycan tərkibində ola bilməz...

Bu şərəfsiz görün nə boyda yalana əl atır... Özləri işğalçı olduqları halda, Azərbaycanı müharibəyə başlamaqda, onları müharibəyə vadar etməkdə suçlayır. Necə deyərlər, adımı sənə qoyaram, səni yana-yana qoyaram...

Bütün dünyada dinlər insanları və millətləri sülhə, barışığa və dostluğa çağırır. Ancaq Ermənistanda isə din insanları qətliama, nifrətə, terrora təhrik edir, faşist və şovinist düşüncələrin yayılmasında əsas rol oynayır.

Ən böyük fəlakət də burasındadır ki, Ermənistanda xalq da, Qriqoryan kilsəsi də eyni dərəcədə millətçidir, faşist əhval-ruhiyyəlidir. Ona görə də erməni xalqına heç vaxt qurtuluş görünmür.

Qriqoryan kilsəsi erməni xalqını daim zombi vəziyyətində, türkə nifrət əhval-ruhiyyəsində saxlayacaq.

Odur ki, biz erməni xalqından da, erməni kilsəsindən də hər an pislik gözləməyə hazır olmalıyıq!

Visiontv.az