Qardaş ölkədə sərnişin təyyarəsi qəzaya uğradı - VİDEO
22.05.2020

Pakistanda təyyarə qəzası baş verib.

Visiontv.az xəbər verir ki, Lahor - Kəraçi marşrutu üzrə uçan sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış məntəqəsinə düşüb.

"Pakistan Hava Yolları" şirkətinə aid "Airbus A320" təyyarəsində 99 sərnişin və 8 ekipaj üzvü olub.

Əraziyə çox sayda xilasedici cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.