Qarabağın futbolçusu Bolqarıstan millisinə dəvət aldı
11.03.2019

Qarabağın futbolçusu Bolqarıstan millisinə dəvət aldı

"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə dəvət olunub.

Visiontv.Az klubun Facebook səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi martın 18-də Bolqarıstan millisinin düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Bolqarıstan yığması AÇ-2020 seçmə mərhələsində martın 22-si evdə Çernoqoriya və martın 26-sı səfərdə Kosovoyla qarşılaşacaq.