Qarabağda baş verənlər onu göstərir ki, vəziyyət bu cür davam edə bilməz
Qarabağda baş verənlər onu göstərir ki, vəziyyət bu cür davam edə bilməz
02.08.2022 Sahib Alıyev Tərəfindən

Azərbaycan-Ermənistan sərhəddində və Qarabağda baş verənlər onu göstərir ki, vəziyyət bu cür davam edə bilməz. Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxmalı, rəsmi İrəvan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyə tam əməl etməlidir.

Rusiyanın Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə, o sıradan da  hərbi birləşmələrini hələ də  Qarabağdan çıxarmamasına niyə göz yumduğu  aydındır. Qərbdə "problemin hərtərəfli həlli"ndən dəm vuranlar da əslində regionda qarşıdurma potensialının qalmasında maraqlıdırlar. Çünki Azərbaycanla Ermənistan arasındakı qarşıdurma onlara da hər iki dövlət üzərində təsirlərini qoruyub saxlamaq, fürsət yaranarsa, artırmaq üçün lazımdır.
 Məsələn, ABŞ-ı götürək,  əgər bu supergüc doğrudan da bizim regionda tezliklə sülh yaranmasını istəyirsə, onda dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid avqustun birində nədən öncə Ermənistanın, sonra isə Azərbaycanın xarici işlər nazirinə zəng etməyi lazım bilir. Bu o deməkdir ki, ABŞ Ermənistana Azərbaycanın beynəlxalq normalara dayanan haqlı tələbini yerinə yetirməli olduğunu çatdırıb onu buna sövq etmək əvəzinə,  bizi qarşı tərəfin təxribatçı hərəkətlərinə və hərkətsizliklərinə dözümlü yanaşmağa çağırır. Yəni Minsk qrupu formatında hansı məntiqdən çıxış edirdisə, yenə eyni siyasəti yeridir.

Millət vəkili, politoloq Sahib Alıyev

visiontv.az