Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsindən sonra formalaşmış yeni situasiyanın nəticəsidir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsindən sonra formalaşmış yeni situasiyanın nəticəsidir
08.07.2021 Nəsib Məhəməliyev Tərəfindən

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqqında fərmanı, ilk növbədə Vətən müharibəsindən sonra formalaşmış yeni situasiyanın nəticəsidir.

Torpaqlarımızın işğaldan azad olunması qarşıya bir sıra siyasi və iqtisadi vəzifələr qoymuşdur. Siyasi əhəmiyyəti ilə bağlı qısaca demək olar ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, strateji baxımından uzaqgörən və gələcəyə hesablanmış addım kimi qiymətləndirilməlidir. Qarabağ iqtisadi rayonuna Xankəndi qarışıq o bölgənin coğrafi hüdudlarına aid digər rayonların daxil edilməsi, müxtəlif illyüzalarla, miflərlə yaşayan qüvvələrə ən dəqiq cavabdır. İqtisadi əhəmiyyətinə gəldikdə isə, hər iki yeni iqtisadi rayon kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaq, iqlim, su ehtiyatlarına malikdir.

Dağ-mədən sənayesinin, energetika, o cümlədən alternativ və bərpa olunan enerjinin, turizm sektorunun inkişafı, müalicə-kurort infrastrukturunun, bol mineral suların mövcudluğu bölgənin gələcək iqtisadi inkişafının bazasını təşkil edəcəkdir. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycan iqtisadiyyatının böyüməsinə, bütövləşməsinə və daha da güclənməsinə səbəb olacaqdır.

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az