"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilər
28.11.2019

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Visiontv.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu İspaniyada “Sevilya” ilə görüşəcək.

A qrupunda 1-ci yeri təmin edən Sevilyanın eyniadlı təmsilçisi üçün görüşün heç bir əhəmiyyəti yoxdur. “Qarabağ” üçün isə V turun görüşü mühüm xarakteri daşıyır.