"Qarabağ" "Omoniya"ya qalib gəldi
01.10.2021

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu sona çatıb. Visiontv.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşmada Ağdam klubu rəqibini 4:1 hesabı ilə məğlub edib.

Qolları "Qarabağ" tərəfindən Kadi Borges (52-ci dəqidə), Ramil Şeydayev (73), Maksim Medvedev (79), "Omoniya"dan isə Yan Letsayks (40) vurublar.

Görüşü şotlandiyalı FIFA referisi Bobbi Madden idarə edib.