“Qarabag - Əlil Döyüşçülər” İB yeni uğurlara imza atır
04.06.2021

“Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyi (QƏDFF) yeni uğurlara imza atmağa davam edir.

Visiontv.az xəbər verir ki, “Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyi adından da bəlli olduğu kimi Qarabağ, vətən uğrunda döyüşmüş qazilərimizdən ibarət olan bu idman (QƏDFF) futbol federasiyası 27.12.2018-ci il tarixdə 1118-G65-3652 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Ümumi 7 klub və yiğma Milli Komanda fəaliyyət göstərir – Bakı- Nərmanov, Abşeron, Gəncə, Balakən, Kəpəz, Tovuz, Qazax və  yiğma Milli komandası. Ümumilikdə (QƏDFF)  futbol federasiyasının  oyunçuları və idarə heyyəti daxil olmaqla hal-hazırda 72 üzvdür. 

Bununla yanaşı, Federasiyanın apardığı işlər nəticəsində 2020-ci ilin sentyabrın 18-21 tarixlərdə Polşanın Varşava şəhərində keçirilən Avropa Amputant Futbol kubokunun final mərhələsinə iştirak etdi və ikinci yer tutaraq gümüş medal və kubokla Azərbaycana qayıtdı və bununla da Avropa Çempionlar Liqasında oynamaq hüququ qazanmışdır.

Qarabağ- Əlil Döyüşçülər Futbol Federasiyası 21-23 may 2021-ci il CHAMPİONS  LEAGUE 21-23 MAY 2021, GAZİANTEP/TURKEY beynəlxalq yarışda iştirak etdi və 12-19 sentyabr 2021-ci il tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək Avropa Ampute Futbol Çempionatına  giriş kartı qazanıb.

Yarış Türkiyyə Gazantep şəhərində 21-23 may 2021-ci il keçirildi 5 ölkə iştirak edib və 1-ci yer Türkiyə, 2-ci yer Polşa, 3-cü yer İtaliya, 4-cü yer Azərbaycan, 5-ci yer Gürcüstan ölkələrin komandaları yer tutublar.

Yarışın açılışında və bütün oyunları zamanı Gazantep şəhərin Şahinbəy bələdiyyəsinin rəsmi nümayyəndələri: Şahinbey Belediye Başkanı: Mehmet TAHMAZOGLU, Şahinbey Belediyesi Gençlik ve Spor Kulübü Başkani: Cuma GÜZEL, Şahınbey Belediye Gençlik ve Spor Kulübü Müdürü: Mehmet ZAROGLU, Şahinbey Belediye Gençlik ve Spor Kulübü ,Ampute Futbol Takımı Teknik Direktörü : Halil İbrahim KÖPRÜLÜ və Beynəlxalq Ampute Futbol nümayyəndələri iştirak etmişdilər və Türkiyyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çempionatın bağlanışında canlı yayımla zənq edərək Türkiyyə komandasının çempion olaması ilə bağlı təbrik etdi və Azərbaycan qardaş ölkənin Qarabağ komandamızı salamlayıb.

(QƏDFF) “Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İçtimai Birliyinin inkişafı üçün qabaqda imzalanmış müqavilələr əsasında keçiriləcək yarışlar üçün qardaş Türkiyyə, qonşu Gürcüstan və Avropa Amputant Federasiyası ilə olan yerli və  beynəlxalq yarışlar və görüşlər planı hazırlanıb: 
 
1. “Azərbaycan Xalqının Milli Qurtuluş Günü”-nə həsr olunmuş və növbəti yerli və beynəlxalq təlim-yarışlara hazırlıq olaraq 12 iyun 2021-ci il (QƏDFF) “Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İçtimai Birliyinin 7 klub;  Bakı- Nərmanov, Abşeron, Gəncə, Balakən, Kəpəz, Tovuz, Qazax komandaları arası yarış keçililəcək və seçilmiş yaxşı oyunçular növbəti yerli və beynəlxalq təlim-yarışlarda Federasiyanı təmsil edəcəklər.           

2. 27-30 iyun 2021-ci il tarixində (QƏDFF) “Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İçtimai Birliyinin  “Qarabağ” Milli Komandası Gürcüstan Tbilisi şəhərində Amputant Futbol Federasiyası ilə birqə təlim-dostluq yarışı keçiəcək.                                                                                         
3. 25-29 İyul 2021-ci il tarixində keçiriləcək “Azərbaycan Zəfər Həftəsi” çərçivəsində “ŞUŞA” şəhərində Türkiyədə Azərbaycanı təmsil edən “Qarabağ” komandasının idmançıları və ODTÜ İdman Klubu idmançılarının dostluq oyunu və ortaq nəzəri və sahə təlimləri keçiriləcəkdir. 

4. Qazilər həftəsi daxilində; 6-10 sentyabr 2021 tarixində Ankaradakı ODTÜ İdman Klubu Təsislərində veriləcək nəzəri və sahə təlimlərindən sonra qardaşlıq və dostluq müsabiqələri təşkil etməklə. 12-19 sentyabr 2021-ci il tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək Avropa Ampute Futbol Çempionatına hazırlıq aparılacaqdır.

5. Azərbaycanı təmsil etmək hüququnu qazanmaq üçün Azərbaycan Ampute Futbol Komandasının hazırlığı və 2022-ci ilin oktyabrında Türkiyədə keçiriləcək Ampute Futbol üzrə Dünya Çempionatına hazırlanması təmin etmək.

6. Abşeron, Bakı, Qazax, Gəncə, Balakən, Kəpəz, Tovuz və “Milli Yığma Qarabağ” komandalarının daimi məşqləri üçün 45 m x 65 m  stadionlarla təmin olunması. 

Bərdə, Mingəçevir  rayonlarında da  klubların açılması üçün hazırlıqları gedir.

7. İkinci Qarabağ Müharibəsində iştirak edib  qazı olaraq bir ayağını itirmiş oyunçu kimi bir qolunu itirmiş qapıçı kimi QƏDFF) “Qarabag - Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyinin üzv olub futbolla məşqul ola biləcəklər futbolla sağlamlığının bərpası, onların normal həyata qayıtması və reabilitasiyasının təmin edilməsi.