"Qarabağ dediyimizdə bunu anlayanlarla birlikdə yolumuza davam edirik"
23.03.2023

Biz Qarabağ dediyimizdə bunu anlayanlarla birlikdə yolumuza davam edirik.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.

O, bunu anlamayanların mövcud olduğunu da qeyd edib.

“Birinə Ayasofiya dediyimdə haradan-haraya gəldiyimizi anlayır. Kiməsə Qarabağ dediyimdə anlayan olur. Birinə Qara Dənizdən çıxaracağımız qazı, kiməsə PUA-larımızı dediyimdə gəldiyimiz yolu anlar. Amma bunları hələ də anlamayanlar var”, - deyə Prezident qeyd edib.