Qara maska taxanlara XƏBƏRDARLIQ
16.04.2020

Türkiyəli həkimlər qara maskaların zərərli olduğunu açıqlayıb.

Visiontv.az DHA-ya istinadən xəbər verir ki, Türkiyə Ege Universitetinin infeskion xəstəliklər üzrə mütəxəssisi Hüsnü Pulluqçu bir çox insanın istifadə etdiyi polyester parçadan hazırlanan  qara maskaların ancaq cərrah maskalarının üzərinə taxmaq üçün lazım olduğunu bildirib. İnfeksionistin sözlərinə görə, bu maskalar insanları viruslara qarşı qorumur: "Taxdığımız maskaların virusdan qoruyub-qorumadığını anlamaq üçün ən vacib məqamlardan biri, tez-tez nəfəs alıb-verəndə ortaya çıxır.

Maska taxan şəxslər nəfəs alıb-verərkən isti hava gəlməməlidir. Amma qara polyester parçadan hazırlanan maskalar elə deyil. İnsanlar bəhs etdiyimiz maskaları yuyularaq yenidən istifadə edə bildikləri üçün seçirlər. Ancaq, sınaqdan keçirəndə həmin maskaların xırda damcıları çölə buraxdığını müşahidə etmək mümkündür".