Qara dəniz qazını magistral boru kəmərinə birləşdirəcək “Peçenek” dənizin altına endirilib
Qara dəniz qazını magistral boru kəmərinə birləşdirəcək “Peçenek” dənizin altına endirilib
01.12.2022 MEDİA Tərəfindən

Türkiyədə Qara dənizdə kəşf edilən təbii qazı quyulardan toplayaraq magistral boru kəmərinə birləşdirəcək 280 tonluq “Peçenek” paylayıcı anbarı dənizin 2200 metr altına endirilib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Neft Şirkəti (TPAO) tərəfindən “Peçenek” adı verilən avadanlıq Filyos limanına gətirilib. Daha sonra Qara dəniz qazını quyulardan toplayaraq magistral boru kəmərinə birləşdirəcək 280 tonluq paylayıcı su anbarı gəmi ilə limandan buraxılışın aparılacağı Sakarya Qaz Sahəsinə aparılıb.

Avadanlıq xüsusi kranların və sualtı robotların köməyi ilə 20 saatlıq işdən sonra dənizin 2200 metr dibinə endirilib.

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönmez, Filyos Təbii Qaz Emalı Qurğunun 85%-nin və Sakarya Qaz Sahəsində davam edən dəniz işlərinin isə 65%-nin tamamlandığını qeyd edib.

İlahə Əliyeva