QANDONDURAN GÖRÜNTÜ: Həbsxanada kəsilən başlarla futbol oynadılar – VİDEO
30.07.2019

Braziliyanın cəzaçəkmə müəssisəsində 57 nəfərin ölümünə səbəb olan qanlı olaylarla bağlı qandonduran video-görüntülər ortaya çıxıb.

Braziliyanın Altamira şəhərindəki həbsxanada iki rəqib qrup arasında baş verən savaşda bəzi məhkumların başının kəsildiyi ortaya çıxıb.

Başı kəsilən məhkumların sayının 16 olduğu bildirilir.

"Daily Mail" qəzetinin internet səhifəsində yayımlanan videoda üsyanın baş verdiyi həbsxanada 5-6 məhkumun kəsilən başlarla futbol oynadığı görünür. (teleqraf)