“Qalatasaray” Fatih Terimlə yollarını ayırdı
10.01.2022

Türkiyənin "Qalatasaray" futbol komandası, baş məşqçi Fatih Terimlə yollarını ayırıb.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, sarı-qırmızılılar üçün 4-cü Fatih Terim dövrü sona çatıb. "Qalatasaray"ın prezidenti Burak Elmas "Nef" stadionunda baş məşqçi Fatih Terimlə görüşüb.

İclasda edilən vəziyyət qiymətləndirilməsindən sonra Fatih Terim stadionu tərk edib. 

İclasdan sonra idarə heyətinin iclası keçirilib. İclasda Terimlə qarşılıqlı razılaşma əsasında yolların ayrıldığı bildirilib. Rəsmi açıqlamanın sabah veriləcəyi gözlənilir.

İlahə Əliyeva