Qafqazın əqrəbi rolunda...
Qafqazın əqrəbi rolunda...
12.10.2021 Bəybala Mirzəyev Tərəfindən

Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyir ki, "İrəvana səfər çox uğurlu oldu. Gürcüstan Ermənistan və Azərbaycan arasında aktiv vasitəçilik rolunu davam etdirəcək".

Bu o deməkdir ki, Gürcüstan xoş məram nümayiş etdirir. Lakin erməni siyasi şərhçi Tevos Arşakyan əsl erməni xislətini nümayiş etdirərək Gürcüstanı hədələyir və deyir ki, "Gürcüstan hakimiyyəti antierməni addımlar atmazdan öncə “Cavax”ı (Gürcüstan Cavaxeti əyaləti) yada salsın.

O, biraz da irəli gedərək Cavaxetiyanın erməni topağı olduğunu iddia edir:
"Bu, bizim torpaqlardır. Tbilisi ağlını başına yığmasa, biz “Cavax”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə, nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər".

Bax belə. 44 günlük müharibədə rüsvayçı şəkildə məğlub olmasına baxmayaraq ağılları başlarına gəlməyən ermənilər vaxtilə bizə qarşı irəli sürdükləri ərazi iddialarını indi də eyni senari ilə Gürcüstana münasibətdə təkrarlamaq istəyirlər. 

Gürcülər çox ehtiyatlı və tədbirli olmalıdırlar. 

Cənubi Qafqazda əqrəb rolunu oynayan ermənilər onları da hər an sanca bilər...

Bəybala Mirzəyev

Visiontv.az