6.06.2020
Axtar
Hadisə
alt

Qadının evinə girdi, ona təcavüz etdi - ŞOK OLAY

Yevlax rayonunda hədə-qorxu yolu ilə qadına təcavüz etməkdə təqsirli bilinən şəxs həbs edilib.

Visiontv.az “demokrat.az”a istinadən məlumatına görə, Yevlax rayon sakini Məhəmməd Alıyev həbs edilib.

Məlum olub ki, Məhəmməd Alıyev rayon ərazisində bir qadının evinə girib. O, qadına hədə-qorxu gələrək zorakılıq edib.

Daha sonra qadını döyərək onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Məhəmməd Alıyevin barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə ittiham elan olunub.

Yevlax rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.

Məhəmməd Alıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq davam edir.

Şərh