24.010.2019
Axtar
Gündəlik
alt

Qadın çantaları və pivə qutularının içərisindən çıxan siqaret və spirtli içkilər

Gürcüstandan Azərbaycana tütün məmulatları və spirtli içkilərin qanunsuz keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "Mercedes-Benz C 180" markalı minik avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

 Visiontv.az  “Report”a   istinadən  məlumat verir ki, Komitədən bildirilib ki, baxışdan əvvəl qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilən vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

 

Lakin yoxlama zamanı minik avtomobilinin salonundakı qadın çantaları və pivə qutularının içərisində 8 600 ədəd "Marlboro filter plus" markalı siqaretlər və 16 ədəd "Moskovskaya" markalı spirtli içkilər aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Şərh